Elektron ticarət şirkəti Shopify işçilərini iki nəfərdən çox adamla təkrarlanan bütün görüşləri ləğv edərək, lazımsız böyük söhbət qruplarını tərk etməyə təşviq edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni qərara əsasən:


1. 50-dən çox insanın toplaşdığı böyük toplantılar həftədə bir dəfə (cümə axşamı) 6 saatla məhdudlaşdırılacaq.


2. Komanda liderləri işçiləri lazımsız görüşlərdən imtina etməyə və böyük söhbət qruplarından çıxmağa təşviq edəcəklər.


İş-həyat balansı baxımından da iş vaxtından səmərəli istifadə etmək çox vacibdir. Bu səbəbdən qarşıdakı dövrdə görüşlərlə bağlı oxşar təcrübələrin daha da artacağı görünür.