Parlaq yaşıl kometa 50.000 ildən sonra ilk dəfə Yerə yaxınlaşacaq və bir ay ərzində görünəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, NASA rəsmiləri bildiriblər ki, buzlu ziyarətçi ilk dəfə 2022-ci ilin martında Yupiter ətrafında fırlanarkən müşahidə edilib. Cümə axşamı günündən etibarən Şimal yarımkürəsində olanlara kiçik yaşıl bir parıltı kimi görünə bilər.
NASA-nın məlumatına görə, C/2022 E3 (ZTF) olaraq adlandırılan buzlu göy cismi Yerə ən yaxın yaxınlaşmasını fevralın 2-də etməzdən əvvəl yanvarın 12-də Günəşə ən yaxın məsafədən keçib.