Amerika şirkəti Qeexo planşet və ya smartfonlarda istifadəçilər üçün digərlərindən fərqlənən xüsusi sensor ekran yaradıb. FingerSense adı ilə tanınan texnologiyanın tətbiq olunduğu qurğu üzərinə toxunan dırnaq və ya barmaqları, sümük parçalarını, plastik və ya rezin ucluqları hiss edir və anlayır. Qeexo-nun komplektləşdirdiyi bu texnologiya predmetin tanınmasını ekrana təmas zamanı səs ilə həyata keçirir.
Ekrana müxtəlif predmetlərlə toxunmalar proqramları müxtəlif işləri yerinə yetirməyə sövq edir. Məsələn, əgər ekranda daxil olan məktubların siyahısı açılmışdırsa, barmaqların yastıqçaları ilə toxunduqda məktub, dırnaqla toxunanda isə menyu açılır.
FingerSense-nin imkanlarının nümayişi üçün istehsalçılar bir neçə proqramlar yaradıblar. Onlardan biri "risovalka"- şəkil çəkmə proqramıdır. O plastik ucluqları karandaş, rezin ucluqları isə lastik kimi qəbul edir.