Texnologiya nəhəngi Apple yeni ağıllı ev məhsulları üzərində işləyir. Yeni məhsullar arasında Apple TV və ağıllı ev idarəetmə bloku var.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple-ın ev seriyasını genişləndirilməsi, hazırda Amazon və Google-un üstünlük təşkil etdiyi ağıllı ev bazarında rəqabət aparmağa yardımçı olur. Şirkət yeni HomePod dinamikini təqdim edib.
Apple həmçinin Apple TV, HomePod və FaceTime kamerasını bir cihazda birləşdirən məhsul üzərində işləməyə davam edir.