"Vikipediya" 11 ildə ilk dəfə dizaynda əsaslı dəyişikliklər edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, onlayn ensiklopediyanın yeni dizaynı indi daha asan istifadəyə imkan verir. Artıq məqaləyə daxil olarkən daha sadə “Mündəricat” bölməsi istifadəçini qarşılayacaq. Həmçinin, dil dəyişdirmək indi çox asandır. "Vikipediya"dakı ən böyük dizayn yeniliklərindən biri səhifənin yuxarısındakı axtarış nişanı ilə bağlıdır. Bundan sonra terminin axtarışı ilk hərfin basıldığı andan etibarən təklif olunan başlıqları göstərəcək. Üstəlik, bu başlıqların sol tərəfində kiçik şəkillər olacaq.


İstifadəçilər "Vikipediya"nın sol tərəfində çox sadə mündəricat cədvəlini görəcəklər. Üstəlik, bu bölmə istifadəçini izləyəcək. Beləliklə, bir başlıqdan digərinə keçmək üçün siçan ilə sürüşməyə ehtiyac qalmayacaq. Bu, Vikipediyadan istifadəni asanlaşdıracaq.