Son vaxtlar məndən ən çox soruşulan suallardan biri: “Sən bu boooyda işi necə çatdırırsan?!” suallıdır. Mən ilk əvvəl hansı işləri hal-hazırda gördüyüm barədə deyim, sonra keçim bu işləri necə çatdırmağıma:


1. Mən post-sovet ölkələrinin ən böyük mebel şirkətinin Marketinq Xidmətinin direktoruyam. Azərbaycan və digər 10-a qədər ölkədə şirkətin brendinq və marketinq işlərini qlobal səviyyədə görməyə çalışıram (ezamiyyələr çox vaxt alır);


2. Şəxsi bizneslə məşğulum. (Amma mən hər zaman daxilən marketoloqam!!!);


3. Azərbaycanda ilk dəfə keçirilən və birdən birə 80-an çox marketinqi dahada dərin öyrənmək istəyənləri bir araya yığan praktik marketinq təlimində dərs deyirəm (Marketinq AİR);


4. Yaxın və dost bildiyim şirkətlərə konsultatsiya verirəm;


5. Azərbaycanda ən çox məqaləsi olan şəxsi biznes bloqun müəllifiyəm (Siz bunu oxuyursunuzsa bilirsən söhbət hansı bloqdan gedir)));



6. Ölkənin aparıcı biznes jurnallarında Marketinqlə bağlı rubrika aparıram (oxuyursunuz?!)


7. Azərbaycanda marketinqlə bağlı praktik kitab yazıram (kömək edən dostlarımıza burdan bir daha çox sağ ol deməliyəm…);


8. Yeni biznes layihə üzərində işləyirəm (məncə son dərəcə innovativ olacaq)


9. AİR-çilərlə çox maraqlı bir layihə üzərində çalışıram (bu haqda Sizə birinci məlumat verəcəm)


10. Və ən əsası mən hesab edirəm ki, mənim boş vaxtım çox olur və çoxlu ölkələrdə oluram!



Birdə mən Sizə səmimi deyim, inanmıram ki, hansısa bir dostum – İlkinlə görüşə bilmədiyindən şikayət etsin.



Dostlar mən bu işləri necə çatdırıram?! (Hə birdə yadımdan çıxmamış deyim bügünə qədər tarixi-nadiri yarıya qədər oxusamda bir dənədə olsun vaxtın idarəedilməsinə dair treninqdə olmamışam…



Yuxarıda sadaladığım işləri çox sadə və hamınızın edə biləcəyi 3 prinsip üzərində Sizlərə izah etmək istəyirəm:



Prinsip 1. Yalnız sevdiyim və uğuruna inandığım işləri edirəm. Bu çox vacibdir. Yuxarıda sadaladığım heç bir işi mən İŞ hesab etmirəm. Onlar mənə doğurdanda həzz verir. Mənim çalışdığım şirkət ölkənin ən ədalətli və professional işə götürənidir, mənim şəxsi biznesim mənə işin təşkili cəhətdən həzz verir, mən Marketinq AİR-ə dincəlirəm… bir sözlə gördüyüm bütün işləri mən ürəkdən edirəm. Məhz buna görə mən bu işləri az vaxt sərfiyyatı ilə bitirə bilirəm!




Məsləhət 1. Xoşunuz gəlməyən və uğuruna inanmadığınız işi etməyin. Bununla Siz həm özünüzə, həmdə işini gördüyünüz adama (şirkətə, şəxsə və s.) pislik etmiş olursuz.



Prinsip 2. İşlərimi bölüşdürürəm. 21-ci əsrdə vaxt ən dəyərli resursdur – vaxtınıza yazığınız gəlsin. Şəxsi biznesiniz var?! Çox gözəl mütləq işin başına adam qoyun, ona etibar edin və sadəcə hesabatlara fikir verin. Yeni layihə başlayırsınız?! Əsas uğur göstəricilərində özünüzü fokus edin… xırdaçılığa girməyin. Şirkətdə iş çoxdur?! Əla… işləri düzgün bölüşdürün, yuxarıdan baxmağı öyrənin və s. Yadıma gəlir bir dəfə alman konsultant çox yaxşı bir fikir söhlədi: “Bəzən biz xırda şeylərə diqqət edərək, böyük hədəfləri yaddan çıxarırıq”. Əziz oxucu əlbətdə həqiqət xırdalıqlarda gizlənir… lakin hər bir işin, hər bir layihənin uğur göstəriciləri var – Sizlər onlara aksent edin, onlarda xırdaçılığa gedin və s.



Məsləhət 2. İnsanlara etibar edin, həyatda yaxşı insanlar yalnız, onları yaxşı görənlərin yanında olur. İşinizi bölüşdürün, şərikli işlər görün. Pozitiv yanaşın!



Prinsip 3. Özümü təkmilləşdirirəm. Mütləq və mütləq öz üzərinizdə işləməlisiniz. Hər gün yeni bir şey, yeni vərdiş, yeni informasiya əldə etmək hamımızın borcudur. İnsan tənbəlliyə çox tez vərdiş edir və buna görə özünüzün təkmilləşməsi planınız olmalıdır. Paralel olaraq yaxın 5 illik planların olması çox vacibdir. Hara gedəcəyinizi bir dəfə düşünün və birdə bu gərar haqqında müzakirələr etməyin. Daha çox hərəkət etmək lazımdır.



Məsləhət 3. Mütləq ətrafınıza fikir verin. Sizləri faydasız şeylərə sövq edən adamlardan uzaqlaşmaq lazımdır. Bütün addımlar qoyduğunuz hədəflərə çatmaq üçün yönəlmilidir. Daha çox oxuyun, imkan daxilində xarici ölkələrdə olun!



P.S. Bu arada məni təbrik edin: Yeni rekord vurmuşam, Moskvada olduğum 3 günə 4 dənə kitab bitirmişəm!!!



Müəllifin bloqu: www.ilkinmanafov.com