"Anadolu Isuzu Otomotiv" Portuqaliya bazarında fəaliyyət göstərmək üçün "Nors Group"un şirkəti olan "Auto Sueco" ilə distribütorluq müqaviləsi imzalayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada, "Auto Sueco"nun Portuqaliya ilə yanaşı Afrika bazarında da güclü satış şəbəkəsinə malik olduğu və bu əməkdaşlıq çərçivəsində Afrika bazarındakı imkanların dəyərləndirilməsinin hədəfləndiyi bildirilib.