Bildirilir ki, Çində 5G mobil rabitəsini dəstəkləyən baza stansiyalarının sayı 2022-ci ilin sonuna qədər 2,31 milyona çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, telekommunikasiya şirkətlərinin gəlirləri 8 faiz artaraq 1,58 trilyon yuana (233,38 milyard dollar) çatdığı halda, internet məlumat mərkəzi, bulud hesablamaları və əşyaların interneti kimi tələbatın artdığı yeni sahələrdə xidmət göstərən şirkətlərin gəlirləri 32,4 faiz artıb.
Huawei-nin hesabatına görə, 5G stansiyaları 4G stansiyaları ilə müqayisədə 3,5 dəfəyə qədər çox enerji sərf edir.
Ölkədəki rabitə operatorları enerjini minimuma endirmək üçün müxtəlif texnologiyalar üzərində işləyirlər.