Bu dəfəki müsahibimiz hazırda ən çox sevilən əyləncə saytlarından olan Open.az-ın yaradıcısı Məmməd Ələkbərovdur. Məmməd bəylə olan müsahibəni aşağıda Sizlərə təqdim edirik.



1. İlk olaraq bir az özünüz haqqında oxucularımıza məlumat vermənizi xahiş edərdik.



Mən, Ələkbərov Məmməd 1987-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Orta təhsilimi Rusiyanın Kaliningrad şəhərində, ali təhsilimi isə Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universitetində almışam.



2. Necə oldu ki, Open.az yarandı?



İlk öncə bunu vurğulamaq istəyirəm ki, məktəb illərindən musiqiyə həvəsim cox boyük idi. Həmişə yeni musiqiləri əldə etməyə və onları dostlarımla paylaşmağa çalışırdım.


Menim sayt yaratmaq haqqında heç bir anlayışım yox idi. Sonra narod.ru saytı vasitəsi ilə özümə sayta bənzəyən bir şey yarada bildim və ora o vaxta əlimdə olan mp3-ləri yükləməyə başladım. Bir il ərzində gündəlik ziyarətçi sayı 1000-dən artıq olmağa başladı və mən fikirləşdim ki, bu proyekti daha da profesional və maraqlı edim. 2007-ci ildə AZ domenlərinin əksəriyyəti boş idi və onların arasında daha asan, yadda qalan və hər bir mövzuya aid etmək olan ad secmeli idim. Və buna görə də mən saytı open.az adlandırmaq qərarəna gəldim.


Daha ətraflı bu haqda saytda bir məqalə var, kimə maraqlı gəlsə oxuya billər.


http://open.az/jizn/27511-istorija-pojavlenija-open.az-s-2003....html



3. Bu gün Open.az-ın statistik göstəriciləri necədir, əgər sirr deyilsə?



Hal hazırda Google Analytics-in məlumatına görə Open.az-ın gündəlik 100 000 və aylıq 3 000 000-a yaxın unikal ziyarətçi sayı var. Ay ərzində 15 000 000-dan çox səhifəyə baxılır.



4. Rəqiblərinizin adını çəkə bilərsiniz? Onlar arasından birini seçməli olsanız, əsas rəqib kimdir Sizə?



Əgər saysaq mənim fikirimcə, Azerbaycanda ən çox əyləncə tipli saytlar mövcuddur. Onların içində giriş sayına görə big.az, mix.az, tac.azbaku.ws digərlərindən daha da fərqlənir. Əsas rəqib olaraq big.az-ı ziyarətçi sayına görə open.az-a daha yaxın olan rəqib adlandırmaq olar. Amma ki, auditoriya baxımından open.azbig.az tamami ilə fərli auditoriyaya sahibdir. Open.az-da rus-dilli istfadəçilər daha çox üstünlük verir. Amma bir məsələyə də toxunmaq istərdim ki, open.az heç bir saytla mübarizə aparmıyıb və daha çöx dost münasibətlərinə üstünlük verib.



5. Sizcə, bu qədər aylıq ziyarətçi saytınıza ən çox nəyə görə girir?



Open.az -a 65 %-dən çox istfadəçi hər gün axtarış sistemləri vasitəsi ilə daxil olur və bu o deməkdir ki, onlar axtardığı məlumatı open.az-da tapa bilir. Bölmələr və informasiya sayı həddən artıq çox olduğuna görə bu suala konkret cavab vermək bir az çətindir. Sadəcə söyləyə bilərəm ki, ay ərzində 550 000-dən çox fərqli açar sözlərinə görə informasiya axtarıb sayta daxil olanlar var.



6. Deyirlər ki, indi gənclər ən çox əyləncəyə meyllidir. Auditoriyanız da əsasən gənclərdir. Onda demək olar ki, Sizin bəxtiniz gətirib bu sahəyə aid sayt açmaqla?



Bu sualı cavablandıraraq ümumiyətlə qeyd eləmək istərdim ki, mənim bəxtim o anda gətirdi ki, mən az bir adamın internetnet proyektlərin gələcəyinə inandığı bir zamanda sayt açıb onu inkişaf etdirməyə çalışdım. Ona görə ki, hal-hazırda internet çox yüksək sürətlə inkişaf edir və insanların əksəriyyəti informasiyanı daha geniş və tez əldə etməyə üstünlük verir.



7. Saytın ancaq rus-dilində olmasına səbəb nədir?



Daha əvvəl qeyd etdiyim kimi mən, təhsilimi rus-dilində aldığıma görə sayt yaradarkən qramatik cəhətdən daha düzgun və qüsursuz olması üçün rus-dilinə üstünlük verdim. İnformasiyanın həcmi boyük olduğuna görə open.az tipli saytı eyni zamanda bir neçə dildə nümayiş etmək çox çətin məsələdir.



8. Sizə elə gəlmirmi ki, saytda bölmələr çox qarışıqdır?



Daha əvvəl qeyd etdiyim kimi, saytın adını seçərkən mən hər bir mövzuya aid etməyə imkan verən ad seçdim və sayta informasiya əlavə etməyi daha çox sayt istfadəçilərinə imkan verdim. Beləliklə, hər kəs ona maraqlı gələn bir mövzu barədə məqaləni yerləşdirməyə başladı. Buna görə də saytda bölmələr adama qarışıq gəlir.



9. Musiqi bölməniz çox aktivdir və tez-tez yenilənir. Musiqiləri necə əldə edirsiniz?



İstfadəçilərin axtarış sorğularını analiz edərək biz unikal sistem yaratmışıq, hansı ki, avtomatik olaraq internet aləmindən lazim olan kompozisiyanı axtarıb tapıb musiqi bazasına yükləyir. Beləliklə biz musiqi bölməsini tez-tez yeniləyirik.



10. Deyirlər ki, Türkiyədə bizim bir çox əyləncə saytlarını icazəsiz musiqi paylaşımlarına görə girişi qadağan edilib. Bu haqda nə deyə bilərsiniz?



Tamamilə doğrudur. Türkiyə müəllif hüquqlarına daha sərt yanaşır, o baxımdan bizim bir çox əyləncə saytlarına girişi qadağan edilib. Yalnız söyləyə bilərəm ki, open.az a Türkiyədən girmək mümkündur.



11. Saytlardan yüklənən musiqilərdə bəzən saytın adı çəkilir musiqinin əvvəlində. Sizcə bu dinləyəni bezdirmir?



Sizinlə tamami ilə razıyam. Saytın adı musiqidə çəkilərkən dinləyicini bezdirir. Bu baxımdan open.az-da 2008-ci ildən musiqiyə heç bir loqo əlavə olunmur.



12. Müğənnilər öz mahnıları ilə bağlı müraciət edirmi?



Bəli, belə muraciətlər tez-tez olur. Bizim zamanda muğənnilər sayt vasitəsi ilə yaydığı mahnını dinləyicilərinə daha tez sevdirə bilir.



13. Reklam hüquqlarınız “New-Media”dır. Müraciət kimdən gəldi? Və ya buna nədən zərurət yarandı?



Reklam hüquqlarını tamamını "New-Media" şirkətinə təhfil vermədən öncə, Open.az "Universal Reklam" , "Banner" , "Publicis Hepta" kimi digər şirkətlərlə əməkdaşlıq edirdi. Mən hesab etdim ki, "New-Media" şirkəti ilə əməkdaşlıq etmək daha düzgün və haqlı olar, ona görə ki, onların open.az-da yerləşdirdiyi reklam həcmi dirgərlərindən həmişə daha üstün olmuşdur. İlk dəfə müraciət "New-Media" şirkətinin direktoru Rasim Davudov tərəfindən gəldi. Hal-hazırda soyləyə bilərəm ki, "New-Media" şirkəti ilə əməkdaşlığımızdan çox razıyam, ona görə ki, mənim üçün belə daha rahatdır. Beləcə reklam verən və sayt sahibi arasında birbaşa əlaqə olmur.



14. Yeni nə kimi yeniliklər etməyi planlaşdırırsınız?



Mən soyləyə bilərəm ki, open.az həmişə yenilənir və inkişafdadır. Biz tez-tez istfadəçələrlə sorğular aparırıq və sorğuya əsasən onların istəklərini nəzərə alaraq saytda yenikilər edirik.