Odessa YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, YUNESKO-nun Twitter hesabından edilən açıqlamada Odessa liman şəhərinin tarixi mərkəzinin YUNESKO-nun Dünya İrsi və YUNESKO-nun Təhlükəli İrs siyahısına daxil edildiyi açıqlanıb.
Digər tərəfdən, YUNESKO-nun verdiyi status Odessanın tarixi və mədəni irsini Rusiya hücumlarından qorumaq məqsədi daşıyır.