"Toyota Motor Corp." Prezident və baş icraçı direktor (CEO) Akio Toyodanın vəzifəsini tərk etdiyi bildirilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Yaponiya istehsalçısının bəyanatına görə, "Toyota"nın prezidenti və baş direktoru 66 yaşlı Akio Toyoda istefa verəcək.
Yeni maliyyə ilinin başlandığı aprelin 1-dən etibarən Toyota-nın baş brend meneceri, 53 yaşlı Koji Sato Toyota prezidenti və baş direktoru vəzifəsinə təyin ediləcək.