Son zamanlar ortaqlıq nisbətinin azaldılması xəbəri ilə gündəmə gələn "Renault" ilə "Nissan" arasında əməkdaşlığı fərqli bir ölçüyə daşımaq üçün axtarışların olduğu görünür.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, tərəfdaşların ilkin olaraq 5 layihə üzərində işləyəcəyini bildirib. Planları hələ ictimaiyyətə açıqlanmadığı üçün adlarının açıqlanmasını istəməyən insanlar bu layihələrdən birinin Hindistanın Çennay şəhərindəki fabrikin də olduğunu bildiriblər.


Həmçinin, sözügedən mənbələr "Nissan"ın elektrik avtomobil şirkəti "Ampere"ə də sərmayə qoymağı planlaşdırdığını bildirib.