BMT Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2023 hesabatını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki. hesabata görə, dünya iqtisadiyyatı 2022-ci ildə Kovid-19 epidemiyasının davam edən təsirləri və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji və ərzaq böhranı kimi bir sıra hadisələrlə üzləşib.


Yüksək inflyasiya real gəlirlərin azalmasına və yaşayış dəyərinin artmasına səbəb olarkən, bir çox ölkə meşə yanğınları və daşqınlar, humanitar problemlərə səbəb olan iqlim hadisələri kimi iqtisadi zərərlər yaşayıb.


İnflyasiya təzyiqləri gözlənilir.


Bu çərçivədə BMT-nin 2022-ci ildə 3 faiz olan qlobal iqtisadi artım proqnozu 2023-cü il üçün yüzdə 1,9 olaraq təyin edilib. Bu göstərici son illərin ən aşağı artım proqnozu kimi qeydə alınıb.


Hesabatda bəzi makroiqtisadi çətinliklər səngiməyə başlasa, qlobal iqtisadi artımın 2024-cü ildə 2,7 faizə yüksələcəyi proqnozlaşdırılıb.