Bir-birinin ardınca texnologiya şirkətlərindən ixtisarla bağlı qərarlar gəlir. İşdən çıxarılanların sayı on minlərlə ilə ölçülür. Mütəxəssislər səbəb kimi pandemiya dövrü və dəyişən makroiqtisadi mühiti göstərirlər. Bəs, bu ixtisar sənayeyə necə təsir edir?


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya sənayesində mindən çox texnologiya şirkəti 2022-ci ildə 150.000-dən çox işçini işdən çıxarıb. 2023-cü ildə işdən çıxarılanların sayı 50 mini keçib.


Mütəxəssislər texnologiya sektorunun böyümə dövründən çıxdığına diqqət çəkirlər. Texnologiya sektorunda azalma 2000-ci illərdə ABŞ-da “dot-com"u yada saldı. Bu dövrdə yeni inkişaf edən kompüter və internet texnologiyalarına edilən investisiyalar geri qaytarıla bilmədi və texnologiya şirkətləri investorların geri çəkilməsi ilə birjada böyük dəyər itirdi. Bu müddətdən sonra bir çox şirkət yaşaya bilmədi.


Texnologiya sektoru azalsa da, sektorun təsiri davam edir. Şirkətlər yeni texnologiyalar inkişaf etdirir və onlar hələ də iqtisadiyyat üçün vacibdir. Bu gün texnologiya nəhənglərinin kiçilməsinin səbəbləri arasında bir çox məsələlər var. FED-in sərt faiz artımı, qlobal inflyasiya, enerji böhranı, onlayn reklam gəlirlərinin azalması, pandemiyadan sonra dəyişən sosial və iqtisadi mühit.