Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, LC Waikiki işçi etirazları ilə bağlı açıqlama verib.
LC Waikiki-nin təmizlik və təhlükəsizlik xidməti aldığı Klüh şirkətinin işçiləri bir müddətdir həm Kadıköydəki LC Waikiki mağazası qarşısında, həm də sosial mediada etiraz aksiyası keçirirlər. Mağazanın qarşısında etiraz aksiyası keçirən qrup əmək haqlarını və iş şəraitini yaxşılaşdırmaq istədiklərini bildiriblər. Lakin LC Waikiki-nin açıqlamasına görə, etirazın arxasında bank promosyon ödənişləri var.
LC Waikiki bu gün rəsmi Twitter hesabında uzun müddətdir davam edən etirazla bağlı açıqlama verib . Açıqlamada etiraz edənlərin brendin təmizlik və mühafizə xidməti göstərdiyi Klüh şirkətinin əməkdaşları olduğu və LC Waikiki-nin məsələ ilə bağlı heç bir məsuliyyət daşımasa da əlavə promosyona dəstək verməyə çalışdığı bildirilib.
Aşağıda LC Waikiki-nin açıqlaması göstərilmişdir: