Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Goldman Sachs minlərlə insanı işdən çıxarır.
ABŞ-da yerləşən Goldman Sachs investisiya bankı 3200 işçini işdən çıxarıb.
ABŞ-ın nəhəng investisiya bankı Goldman Sachs-da işçilərin ixtisarı başlayıb. London, Nyu York və Honq Konq başda olmaqla, beynəlxalq ofislərindən 3200 nəfəri işdən çıxaran bankın işdən çıxardığı bəzi bankirlərə mükafat ödəmədiyi iddia edilib .
FT-dəki iddialar bununla məhdudlaşmır. İddialara görə, nəhəng bankın idarəçiləri bəzi gənc bankirlərə əşyalarını yığıb getmələri üçün 30 dəqiqə vaxt veriblər.
İşçilərin ixtisarı ilə bağlı bankdan rəsmi açıqlama da olub. " Biz bütün əməkdaşlarımıza verdikləri töhfəyə görə minnətdarıq və onların keçidini asanlaşdırmaq üçün dəstək veririk. Bizim diqqətimiz indi çətin makroiqtisadi şəraitdə firmanı qarşıdakı imkanlar üçün düzgün uyğunlaşdırmaqdır" , - bəyanatda deyilir.