Avropada qazın qiyməti bu gün səhər saatlarında artmağa başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Keçən həftə 17 faiz ucuzlaşan təbii qazın qiymətləri bu gün səhər saatlarında mövsüm normalarından yüksək olan hava istiliyinin istehlakı azaltması səbəbindən bir qədər də artım göstərib.
Hollandiya TTF-də fevral ayı üçün qazın qiyməti 0,92 faiz artaraq 54,75 avro/MVt-a satılır.
Mart ayı üçün qaz tədarükü də 4,98 faiz artaraq 55,90 avro/MVt-dir.
Analitiklər hesab edirlər ki, Avropanın şimal-qərbində temperaturun fevralın ortalarına qədər mövsümi ortalamaların üzərində qalacağı gözləntiləri təbii qaz qiymətlərini yenidən aşağı salacaq.