Samsung şirkəti yeni modeli Galaxy S23-ü təqdim edəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Samsungun çox gözlənilən Galaxy Unpacked tədbiri fevralın 1-də baş tutacaq.
Bəs, şirkət bu tədbirdə şirkət hansı məhsulları təqdim edəcək?
Cənubi Koreyada yerləşən texnologiya nəhəngi hər il olduğu kimi bu il də yeni cihazlarını təqdim edəcəyi Galaxy Unpacked tədbirini keçirəcək. 1 Fevral Çərşənbə günü saat 21:00-da keçiriləcək tədbir 2020-ci ildən bəri smartfonları fiziki olaraq təqdim edən ilk təqdimat olacaq.
Təsəvvür etdiyiniz kimi, tədbirin ən çox gözlənilən hadisəsi şirkətin yeni flaqman telefonları S23 seriyası olacaq . Təbii ki, Samsung bizə başqa yeni məhsullar da gətirəcək.
Qeyd edək ki, şirkət keçən il S22 seriyası ilə yanaşı, Tab S8, Tab S8 Plus və Tab 8 Ultra planşetlərini təqdim etmişdi.