Telegram tərtibatçıları 9.4 versiyasına böyük bir yeniləmə və bir anda 10 yeni dəyişiklik təqdim ediblər. Onlar həm tətbiqin görünüşünə, həm də funksionallığına təsir göstərir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Telegram Premium istifadəçiləri üçün xarici dillərdən söhbətlərin, kanalların və qrupların rus dilinə tərcüməçisi əlçatan olub. Yeniləmə həmçinin daxil olan media faylları üçün avtomatik saxlama funksiyasını təqdim edib. Siz fərdi söhbətlər üçün istisnalar əlavə edə bilərsiniz ki, yalnız sizə lazım olan foto və videolar yadda saxlanılsın.


Bütün messencer istifadəçiləri indi profil şəkli kimi istənilən stiker və animasiyalı emoji təyin edə bilərlər. Bundan əlavə, yeni animasiya emojiləri də əlavə olunub.


"Şəbəkədən istifadə" bölməsində Wi-Fi və mobil trafikdən istifadə haqqında məlumatların yer aldığı hissədə siz faylların avtomatik yüklənməsi üçün parametrləri dəyişə bilərsiniz.


Qeyd edək ki, 2022-ci ilin sonunda Telegram Rusiyada istifadəçi trafikinə görə ilk dəfə WhatsApp-ı ötüb. 2023-cü ilin əvvəlinə onun payı ümumi həcmin 60-80%-ni keçib.