Apple iOS 16.3.1 versiyası ilə iPhone 14 və 14 Pro modellərində yol qəzasının aşkarlanması funksiyası üçün təkmilləşdirmələr təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple-ın son dövrlərdə təqdim etdiyi ən əhəmiyyətli xüsusiyyətlərdən biri olan yol qəzası aşkarlama xüsusiyyəti şirkətin istədiyi qədər dəqiq işləmir.


Apple , iOS 16.3 ilə iPhone 14 və 14 Pro modellərində yol qəzasının aşkarlanması funksiyası üçün təkmilləşdirmələr təklif edib. Bu təkmilləşdirmələrin yol qəzasının aşkarlanması funksiyasının səhv işləməsinin qarşısını alacağı gözlənilir.


Əlavə edək ki, iOS 16.3.1 ilə təqdim edilən təkmilləşdirmələr yol-nəqliyyat hadisələrinin aşkarlanması funksiyası üçün ilk yeniləmə deyil. Keçən ilin noyabrında, iOS 16.1 ilə də yol qəzalarının aşkarlanması funksiyası üçün təkmilləşdirmə buraxılıb.


Qeyd edək ki, yol-nəqliyyat hadisəsinin aşkarlanması funksiyası qəzanı aşkar edərək səlahiyyətlilərə məlumat verir. Əlavə edək ki, yol qəzasının aşkarlanması funksiyası hazırda iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max, Apple Watch Series 8, Apple Watch SE (2-ci nəsil) və Apple Watch Ultra modellərində işləyir .