BeReal istifadəçilərə dinlədikləri mahnıları paylaşmaq imkanı vermək üçün Spotify inteqrasiyası üzərində işləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qısa müddətdə 2022-ci ilin ən populyar tətbiqlərindən birinə çevrilən və hətta Apple tərəfindən ilin iPhone tətbiqi seçilən BeReal, platformasını istifadəçilər üçün daha da cəlbedici etmək istəyir.


Sosial media eksperti Matt Navara, tərtibatçı və tətbiq analitiki Alessandro Paluzzinin tvitində skrinşotlardan birini paylaşaraq, BeReal'ın Spotify ilə yeni inteqrasiya üzərində işlədiyini bildirib.


Bu funksiya hazır olduqda, BeReal istifadəçiləri Spotify-da dinlədikləri mahnını BeReal izləyiciləri ilə asanlıqla paylaşa biləcəklər. Hazırda BeReal-ın iOS və Android proqramlarında tətbiq edilən bu funksiya mahnılardan əlavə Spotify-da podkastlarla işləyəcək. Əgər istifadəçi BeReal-ı çəkərkən mahnı və ya podkast dinləyirsə, proqram avtomatik olaraq məzmunu aşkarlayacaq və ona keçid əlavə edəcək. Tətbiqdəki mesajda deyilir: “BeReal-ı dostlarınızla paylaşarkən musiqi və ya podkastlara qulaq asın”.


Qeyd edək ki, bu funksiyanın tam olaraq nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil, lakin Paluzzi tərəfindən paylaşılan skrinşotlar onun uzun sürməyəcəyini göstərir.