Kahramanmaraş mərkəzli zəlzələ fəlakətində can itkisinin 41 min 20-yə yüksəldiyi açıqlanıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı AFAD bildirib. Zəlzələ bölgəsində olan 147 934 vətəndaş başqa əyalətlərə təxliyə edilib. Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində yardım üçün digər ölkələrdən 9369 nəfər fəlakət bölgəsinə göndərilb.


Qeyd edək ki, axtarış-xilasetmə işləri davam etdirilir.