Qutusu açılmamış iPhone hərrac yolu ilə satışa çıxarılıb. Təxminən 16 il əvvəl təqdim edilən cihaz 63 min 356 dollara alıcı tapıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Stiv Cobsun rəhbərliyi altında Apple 2007-ci ildə tarixə düşəcək bir hadisədə ilk iPhone-u təqdim edib . 3,5 düymlük sensor ekranı ilə gələn cihaz, yenilikçi xüsusiyyətləri ilə demək olar ki, ağıllı telefonlara bir dövr gətirdi. Bu səbəbdən, ikonik cihaz bu gün də böyük diqqəti cəlb etməyə davam edir.


Bu ayın əvvəlində LCG Auctions iPhone-u 2500 dollardan başlayan hərraca çıxardı. Bu müddətdə bir çox adamdan gələn təkliflər sürətlə yüksəlib. Fevralın 19-da hərrac başa çatıb və 63.356 dollar (1 milyon 195 min 166 TL) verən şəxs telefonu alıb. Əlavə edək ki, telefon 2007-ci ildə 599 dollara satışa çıxarılıb.


Qeyd edək ki, cihaz gözləniləndən də baha qiymətə satılıb. Hərracdan əvvəl telefonun gözlənilən qiyməti 50.000 dollar civarında idi. Lakin satış həyata keçirilən zaman iPhone-un bu məbləğdən 27% baha satıldığı görülüb .