2012-ci ildə "Google" axtarış sistemi 1,2 trilyon sorğu emal edib. Bu barədə cari ilin nəticələrinə həsr edilmiş "Google Zeitgeist" səhifəsində məlumat verilib.

Geridə qoyduğumuz ildə fevralın 12-də dünyasını dəyişmiş müğənni Uitni Hyuston ən populyar sorğuların siyahısında birinci olub.

2012-ci ilin əsas mövzuları siyahısına, həmçinin "Gangnam style", "Sendi" qasırğası, "iPad 3" planşeti və "Diablo 3" oyunu düşüb. "iPad 3" sorğusu "Məişət elektronikası" kateqoriyasında birinci olub. Qeyd edək ki, "iPhone 5" sorğusu ilk onluqda yer almayıb.



Top-10 mövzu siyahısının nəticələri:



1. Whitney Houston
2. Gangnam Style
3. Hurricane Sandy
4. iPad 3
5. Diablo 3
6. Kate Middleton
7. Olympics 2012
8. Amanda Todd
9. Michael Clarke Duncan
10. BBB12