Proqram çərçivəsində dəstəklənməyə haqq qazanan sahibkarlara verilən dəstək məbləği TÜBİTAK BİGG Fondu ilə müəssisənin yüzdə 3-ü qarşılığında investisiya olaraq köçürüləcək . Sahibkarlıq layihə dəstəyinin üst həddi 450 min TL olaraq təyin olunub.
Onu da əlavə edək ki, 2023-1 BiGG-nin müraciətləri dünəndən etibarən açılıb. Dünən başlayan müraciət prosesi 31 May 2023-cü ildə başa çatacaq .
Qeyd edək ki, müraciət edən sahibkarların biznes ideyalarının toplanması və qiymətləndirilməsi, seçilmiş biznes ideyalarının biznes plana çevrilməsi üçün təlim, bələdçilik və inkubasiya xidmətlərinin göstərilməsi, biznes ideyalarının yoxlanılması kimi proseslər icraçı təşkilatlar tərəfindən həyata keçiriləcək.