Cari ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,1 bənd təşkil edib.
Facemark.az "İqtisadiyyat.az"a istinadən xəbər verir.
Mərkəzi bankın hesabatına əsasən bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır.
Qeyd edək ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.