Bu ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75% və ya 82.3 mln. manat artaraq 191.5 mln. manat təşkil edib.
Facemark.az "Apa.az"a istinadən xəbər verir ki, ən çox artım balıqçılıq (14.7 dəfə) və balıqyetişdirmə (4.5 dəfə) qruplarında olub.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Ağac tədarükü (-85.4%), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20.8%) və bitkilərin çoxaldılması (-20.7%) qruplarında isə azalma qeydə alınıb.