Məlum olub ki, Google Pay istifadəçilərə təsadüfən pul paylayıb. Texnologiya nəhəngi inkişaf etdirdiyi tətbiqləri bazara çıxarmazdan əvvəl sınaqdan keçirir. Test mərhələsində tətbiqlərin və ya yeni funksiyaların sınaqdan keçirilməsində iştirak edən Google əməkdaşlarına "mükafat" pulu verilir. İstifadəçilərin hesabına yatırılan məbləğlər əslində testdə iştirak edən işçilərə göndərilmək üçün nəzərdə tutulmuşdu.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, pul göndərilən istifadəçilərdən biri olan texnologiya müxbiri Mishaal Rahman Twitter hesabında yatırılan məbləği “Tətbiqi açdım və gördüm ki, Google Pay-i sınaqdan keçirtdiyim üçün 46 dollarlıq “mükafat” qazanmışam. pul köçürmələri təcrübəsi”. Səhv nəticəsində istifadəçilərin hesabına yatırılan ödənişlərin məbləği istifadəçidən istifadəçiyə dəyişib. Bəzilərinin hesabına bir neçə dollar yatırıldığı halda, bəzilərində bu rəqəm 1000 dollara çatıb.
Səhv aşkar edildikdən sonra Google istifadəçilərə vəziyyəti izah edən e-poçt göndərərək, istifadəçilərdən heç bir geri ödəniş alınmayacağını açıqlayıb. Şirkət açıqlama verməzdən əvvəl bəzi istifadəçilərə edilən ödənişləri ləğv etməyi bacarıb. Bununla belə, məlum olub ki, bəzi istifadəçilər artıq pulu öz hesablarından çıxarıblar.