Çin Avtomobil İstehsalçıları Assosiasiyasının vitse-prezidenti Fu Bingfeng bildirib ki, Çinin illik avtomobil satışlarının təxminən 40 milyon ədədə çatması gözlənilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Fu Bingfengin sözlərinə görə bu proqnoz 2023-cü ildə Şanxayda keçirilən Çin Avtomobil Forumunda Çinin böyük əhali bazası və zəngin resursları kimi amillərə əsaslanaraq verilib.


İyulun 5-də başlayan 3 günlük forumda Fu 2022-ci ilin sonuna qədər Çində hər 1000 nəfərə 226 nəqliyyat vasitəsinin düşdüyünü bildirib.


Fu əlavə edib ki, ölkədə hər 1000 nəfərə düşən avtomobil sahiblərinin 400-ə çatma ehtimalı yüksəkdir.