Tvitter bu gündən etibarən mavi quş loqosu ilə vidalaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Tvitter sahibi İlon Mask həftə sonu şirkətin loqosunun tezliklə dəyişəcəyini və mavi quşla vidalaşacağını söylədikdən sonra platformanın adı "X" olaraq dəyişdirilib və yeni ünvanı "X.com" olub. Artıq x.com-un twitter.com-a yönləndirildiyini bildirən Mask, bunun müvəqqəti bir loqo olduğunu ifadə edib.