"Wildberries" beynəlxalq onlayn platforması öz coğrafiyasını genişləndirərək Azərbaycan bazarına daxil olur.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Azərbaycan şirkətin mövcud olduğu səkkizinci ölkə oldu. Bazarın həm logistika, həm də biznesin inkişafı, ümumilikdə isə Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin artması baxımından elektron ticarət sahəsində yüksək perspektivləri var. Onlayn platforma ilə əməkdaşlıq çərçivəsində ölkənin kiçik və orta biznesi, ticarət müəssisələri və istehsalçıları, o cümlədən fərdi sahibkarlar və özünüməşğulluq subyektləri gələcəkdə onun mövcud olduğu bütün ölkələrdə öz məhsullarını sata biləcəklər.