Google 2 ildən çox istifadə olunmayan hesabları silməyə hazırlaşır.
Facemark.az xarici mənbəyə əsasən xəbər verir ki, şirkət dekabrın 1-dən ən azı 2 il istifadə olunmayan hesabları silməyə başlayacağını açıqlayıb. Lakin hesablar silinməzdən əvvəl istifadəçilərə müxtəlif bildirişlər göndəriləcək. Bundan sonra hesablarının silinməsini istəməyən istifadəçilər ən azı 2 ildə bir dəfə Google hesablarına və ya hər hansı Google xidmətinə daxil olmalı olacaqlar.
Google bu yeni qərarla təhlükəsizlik risklərinin qarşısını almağı hədəfləyir. Texnologiya nəhəngi deyir ki, köhnə hesablar daha həssas olub, fişinq, hakerlik və spam kimi problemlərə daha həssas olub. Bu səbəbdən Google əslində köhnə hesabları silməklə istifadəçilərin məlumatlarını qorumağı hədəfləyir. Təbii ki, bu qərarda bəzi istisnalar olacaq. YouTube kanalları, balansı olan hesablar və ya Google Play Store-da tətbiq naşirlərinin hesabları bu qərardan azad ediləcək.