Kaliforniya Universitetində bir qrup tədqiqatçının araşdırmasına görə, avtomatlaşdırılmış botlar “Mən robot deyiləm” testində insanlardan daha uğurlu olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Yeni bir araşdırmaya görə, botlar "Mən robot deyiləm" testində insanlardan üstündür.
Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan hərtərəfli araşdırmada ən populyar 200 internet saytı araşdırılıb və onlardan 120-nin təhlükəsizliyini təmin etmək üçün Captcha-dan istifadə etdiyi müəyyən edilib.
Captcha vebsaytların zərərli proqramları bloklamaq üçün istifadə etdiyi təhlükəsizlik tədbiridir. Bu tədbir istifadəçilərdən bot olmadıqlarını sübut etmək üçün testlərdən keçmələrini xahiş edir. Bununla belə, yeni araşdırmalar nəticəsində məlum olub ki, avtomatlaşdırılmış botlar bu testi insanlardan daha sürətli və daha uğurla həll edə bilir.
Tədqiqatçılar bu testləri müxtəlif yaş, cins, təhsil səviyyələri və coğrafi yerlərdən olan 1000 iştirakçı ilə keçirib.
Paylaşılan hesabatda insanların bəzi Captcha testlərini 9-15 saniyə ərzində 50-84 faiz dəqiqliklə həll etdiyi halda, avtomatlaşdırılmış botların onları 1 saniyədən az müddətdə və 85-100 faiz dəqiqliklə həll etdiyi bildirilib.