Tesla və McDonald's Çin bazarı üçün bir desert qaşığı dizayn etmək üçün birləşdilər. Cyber Spoon adlanan qaşığın rəngi və görünüşü diqqət çəkdi. Paylaşılan fotolarda McDonald's McFluryy kimi tanınan ətirli dondurma ilə onun desert qaşığını yan-yana görürük.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, müxtəlif məhsullar istehsal etdiyini daha əvvəl görmüşdük. Bununla belə, şirkətin qaşıq istehsal etmək üçün McDonald's ilə ortaqlığı daha çox diqqət çəkdi.
Məlum olub ki, Tesla və McDonald's tərəfindən istehsal olunan desert qaşığı Teslanın yeni nəsil avtomobili Cybertruck-dan ilhamlanıb. McDonald's-ın Çindəki sosial media hesablarında qaşıq reklamı etdiyi görülüb.
Çin bazarında istehsal olunan 50 min qaşığın qiyməti 4 dollar müəyyən edilib. Cyber Spoon-un metal və kəskin quruluşu Teslanın təsirini hiss etdirdi. Qaşığın üzərində yazı olduğu da göründü.
Qaşığın sapı üzərində yazılmış "Don't Panic" mətni İlon Maskın ən çox sevdiyi "Otostopçunun Qalaktika Bələdçisi" kitabına aiddir.
Britaniyalı yazıçı Duqlas Adamsın yazdığı yumoristik elmi fantastika kitabı daha əvvəl kosmosa buraxılmış Tesla model avtomobilinin torpedosuna yerləşdirilib.
Məhdud buraxılış qaşığının McDonald's mağazalarında satışı bitdikdən sonra yenidən istehsala buraxılıb-istehsal olunmayacağı hələ məlum deyil. Ancaq belə bir qaşıq üçün iki böyük brendin bir araya gəlməsi də sürprizlərə açıq olmağımızı vurğulayır.