Şirkət işçilərinin 25 faizini ixtisar etməyə hazırlaşır. 1800-dən çox işçinin bu prosesdən təsirlənəcəyi bildirilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Unity son bir il ərzində 265 işçini işdən çıxarıb. Şirkətin baş direktoru Jim Whitehurst, bütün Unity işçilərinə göndərdiyi memorandumda qeyd edib ki, "Biz əsas biznesimizə diqqət yetirmək və uzunmüddətli uğurumuzu və gəlirliliyimizi artırmaq üçün gördüyümüz işlərin sayını azaldırıq". Whitehurst gələcək struktur dəyişiklikləri barədə məlumat verməsə də, şirkət sözçüsü əlavə dəyişikliklərin ediləcəyini təsdiqləyib.
Onu da qeyd edək ki, bu, şirkətin 2022-ci ilin iyulundan bəri dördüncü ixtisar mərhələsidir.