Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, BVF ən böyük iqtisadiyyata malik ölkələri açıqlayıb. Dünyanın ən böyük iqtisadiyyatları siyahısında Yaponiya üçüncü yeri Almaniyaya uduzub. Türkiyə G20-dəki yerini qorumağa davam edir.


Beynəlxalq Valyuta Fondu (BVF) hər il olduğu kimi bu il də dünyanın ən böyük iqtisadiyyatlarının siyahısını açıqlayıb. Siyahıda ən diqqət çəkən hadisələrdən biri Yaponiyanın Almaniyaya üçüncü yeri itirməsi oldu.


Türkiyə 1,15 trilyon dollarlıq illik ümumi daxili məhsul və adambaşına düşən 13 min 380 dollarlıq ümumi daxili məhsulla siyahıda 17-ci yerdə qərarlaşıb . BVF-nin açıqladığı hesabata görə, Türkiyə iqtisadiyyatının bu il 3,1% böyüməsi gözlənilir.


2022-ci ildə 905 milyard dollardan bir qədər böyük həcmə malik Türkiyə iqtisadiyyatı bununla da 1 trilyon dollar həddini keçə bilən ölkələrdən biri oldu. Beləliklə, Türkiyə iqtisadiyyatı 2009-cu ildən bu yana davam edən böyümə meylini davam etdirdi.