15 noyabr 2025-ci il tarixində “Admedia” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə Gülüstan Sarayında ölkəmizdə ikinci dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı. Zirvə Azərbaycanın strateji təchizat sektorunda yeni trendlərin müzakirə edildiyi, dövlət–özəl sektor əməkdaşlığının gücləndirildiyi və innovativ yanaşmaların paylaşıldığı mühüm platforma oldu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və rəsmi açılış mərasimi ilə davam edib.
Tədbir “Qardaşlar Mebel”in baş sponsorluğu, “Insure.az”, “Karabakh Group”, “UPS Construction” və “Başkent” şirkətlərinin sponsorluğu ilə baş tutub.
Zirvə proqramı üç panel üzrə davam edib. “Dövlət Satınalmalarında Peşəkarlıq”, “Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası” və “Risklərin İdarə Edilməsi” mövzularını əhatə edən müzakirələrdə ümumilikdə 18 spiker çıxış edərək öz təcrübə və yanaşmalarını paylaşıb.
I PANEL — Dövlət Satınalmalarında Peşəkarlıq
Moderator: Fərəh Rəhimova – SOCAR Exploration, Satınalma və Təchizat Zənciri üzrə menecer
Spikerlər:
Əhməd Əhmədov – Vergi siyasəti baş idarəsi, Qanunvericiliyin monitorinqi və sahibkar birlikləri ilə iş idarəsinin rəisi
Vüsal Xəlilov – Mobil Group şirkətlər qrupunun təsisçisi və direktoru, TÜİB Logistika və Gömrük Komissiyasının sədri
Elşən Həsənov – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət satınalmalarının təhlili şöbəsinin müdiri
Ramil Hüseynov – Dövlət Xəzinədarlıq Agentliyi, Daxili nəzarət və monitorinq şöbəsinin müdiri
Aqil Talıbov – “Karabakh Group” Kommersiya və Maliyyə departamentinin rəhbəri
Əfqan Qocayev – Azərbaycan İnvestisiya Holdinqi, Satınalma və Təchizat şöbəsinin müdiri
Panel çərçivəsində dövlət satınalmalarında şəffaflıq, idarəetmədə effektivlik və peşəkar kadr potensialının artırılması istiqamətində geniş müzakirələr aparılıb.
II PANEL — Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası
Moderator: İlqar Mehti – Ekvita şirkətinin təsisçisi və direktoru
Spikerlər:
Qabil Qasımov – İKTex MMC şirkətinin direktoru
Vüsal Şərifov – Vumes MMC, Vumart Gross, Azeriş MMC və İlçin MMC şirkətlərinin rəhbəri
Elgün Məhəmmədəlizadə – Aqrar Tədarük Təchizat İdarə Heyətinin sədri
Anar Adilzadə – “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvü
Paneldə süni intellekt, avtomatlaşdırma, rəqəmsal inteqrasiya və innovativ təchizat modellərinin tətbiqi kimi mövzular dərin müzakirə olunub.
III PANEL — Təchizat Zəncirində Risklərin İdarə Edilməsi
Moderator: Cəlalə Allahverdiyeva – İƏT Əmək Mərkəzi, İnzibati şöbənin rəhbəri
Spikerlər:
Vüqar Ağayev – 3Plus MMC şirkətinin həmtəsisçisi
Qəhrəman Abbasov – PASHA Management Company, Satınalma üzrə Qrup Meneceri
Elçin Əzimov – bp, Satınalmalar üzrə baş menecer
Mətin Xəlilli – SOCAR Türkiye, Satınalma və Təchizat Zəncirinin rəhbəri
Panel zamanı risklərin minimallaşdırılması, böhran dövrlərində idarəetmə strategiyaları və dayanıqlı təchizat modelləri diqqət mərkəzində olub.
Qeyd edək ki, Təchizat Zənciri Liderləri Zirvəsi hər il ölkəmizdə təchizat və logistika sektorunun inkişafına mühüm töhfə verib, yerli və beynəlxalq təcrübənin paylaşılmasını təmin etməklə yeni tərəfdaşlıqlar üçün real imkanlar yaradır.