20 noyabr tarixində Gülüstan Sarayında keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi data analitika, ERP, süni intellekt və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən yüzlərlə mütəxəssisi bir araya gətirərək ölkəmizin texnoloji ekosistemində yeni bir mərhələ açıb.
Data, ERP və Süni İntellekt Zirvəsi bu il ilk dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkəti, biznesinizi rahat və səmərəli idarə etmək üçün 15 illik təcrübəyə əsaslanan qabaqcıl ERP həlləri təqdim edən “Arter’ şirkəti, texniki, rəqəmsal, biznes bacarıqları üzrə ixtisaslaşmış təlim və xidmət mərkəzi olan “Handex” şirkəti, fərdi, korporativ inkişaf üçün təlim və konsaltinq xidmətləri göstərən ixtisaslaşmış “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edib. “ERP-nin gələcəyi: Yeni trendlər”, “Qara qutular: AI və Data-nın içində nə var?”, “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ? panelləri üzrə 3 moderator və 17 spiker fikir mübadiləsi aparıb.
Tədbir LOGO şirkətinin baş sponsorluğu və “Insure.az” və “Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltayın açılış nitqini etməsi ilə davam edib.
Tədbir açılış mərasimindən sonra keynote çıxışlar, 3 böyük panel, musiqili proqram və şəbəkələşmə sessiyaları ilə davam edib.
Zirvədə keynote spiker qismində Tural Nəbizadə (Parloa GmbH – Agentic Conversational AI üzrə məhsul meneceri) “AI First Mindset: Dəyişikliyin Qərb Çalarları və Orta Menecmentin Gücü”, Ömer Çolakoğlu (Microsoft Data Platform MVP) “Kendisi Yapay, Etkisi Gerçek” və İsmail Duran (Logo Group – CTO) “Azərbaycanda İşin Gələcəyi: Süni İntellektlə Gücləndirilən Yeni Nəsil Biznes Tətbiqləri” mövzuları ilə çıxış ediblər.
PANEL I
ERP-nin gələcəyi: Yeni trendlər
Format: Davos
Moderator: Kamran Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məlumat İdarəetmə Departamentinin direktoru
Spikerlər:
Sami Öztürk – Veysəloğlu Distribusiya, İdarə Heyətinin üzvü (Rəqəmsallaşdırma və Transformasiya üzrə)
Valeh Nəbiyev – PAŞA Holdinq, Baş Data İnzibatçısı
Vüqar Məsimov – Azərbaycan Mərkəzi Bankı, Data idarəedilməsi şöbəsinin rəisi
Seymur Şabanlı – Kapital Bank, Data Ofisinin rəhbəri
PANEL II
Qara qutular: AI və Data-nın içində nə var?
Format: Individual çıxışlar
Moderator: Rəşad Qurbanov – Handex şirkətinin təsisçisi
Spikerlər:
Kamran Qasımov – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Analitika, Strategiya və Monitorinq Departamentinin rəhbəri
Xəqani Səfərov – Ayes MMC-nin təsisçisi və rəhbəri
Rövşən Nadirov – Metric Analytics şirkətinin təsisçisi
Ümid Süleymanov – Virginia Tech, Kompüter Elmləri üzrə PhD tədqiqatçısı; ADA Universitetinin Kompüter Elmləri üzrə müəllimi
PANEL III
Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ
Format: Davos
Moderator: Anar Nəbi – Arter şirkətinin icraçı direktoru
Spikerlər:
Vüsal Məsiyev – İcbari Sığorta Bürosunun icraçı direktoru
Sübhan Qaragözov – Ojag Consulting Services MMC, Direktor müavini və PMO ofisinin rəhbəri
Fuad Məmmədov – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, İdarə Heyəti sədrinin müşaviri
Zirvə çərçivəsində sponsor şirkətlər tərəfindən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub. Həmçinin, müxtəlif interaktiv müsabiqələr və sürprizlər gün ərzində tədbirə əlavə rəng qatıb. Panel sonunda moderator və spikerlərə göstərdikləri töhfələrə görə təşəkkür plaketləri təqdim olunub. Tədbirdə iştirak edən qonaqlara da iştirak sertifikatları təqdim edilib.