Dünya üzrə ən kreativ və qeyri-adi dizayna malik klaviaturalar:
1. “Yastıq klaviatura” - Bu klaviatura istənilən sayta baxdıqdan sonra kompüterdən uzaqlaşmadan yatmağa imkan verən yastıq funksiyasını həyata keçirir.

2. “Yığılan klaviatura” - Yunsan Kim və Yusun Park tərəfindən hazırlanmış innovativ klaviatura istifadə edilmədiyi zaman yelpik kimi yığıla bilir.

3. “Şüşə klaviatura” - Konq Fanuenin müəllifi olduğu klaviatura barmaqların hərəkətini izləyən kiçik kameranın köməyilə idarə olunur.


4. “Virtual klaviatura” - İstənilən hamar müstəvidə klaviaturanı tam əks etdirir. Klaviatura Bluetooth funksiyası olan smartfon, noutbuk kimi istənilən qurğu ilə işləyə bilir.


5. “Skrebbl - klaviatura” - Bu klaviaturanın bütün klavişləri Erudit oyunu üçün yararlıdır.


6. “Optimus Popularis” - Hər bir klavişin öz cari funksiyasını göstərdiyi yığcam klaviaturadır.

7. “Klaviaturalı şalvar” - Erik De Nisin hazırladığı cins şalvarlara klaviatura birləşdirilib. Ən son texnologiya və dəbi əks etdirən cinslərə dinamiklər və simsiz maus da “tikilib”.

8. “Stimpank klaviatura” - Bu mükəmməl retro klaviatura tamamilə funksionaldır.

9. “OrbiTaç klavişlərsiz klaviaturası” - Bu, standart klaviaturanın alternatividir.

10. “Nəhəng klaviatura” - Morin Donyunun hazırladığı bu klaviaturada ayaqlarla yazmaq mümkündür.

11. “Su keçirməyən klaviatura” - Bu klaviaturanı adilərdən fərqləndirən onun yuyula bilmək qabiliyyətidir.

12. “Fərdiləşdirilmiş klaviatura” - 50 dollar qiyməti olan bu klaviaturanın üzərində rəngli şəkil “çap etmək” mümkündür.

13. “Taxta klaviatura” - Taxta periferiya qurğuları seriyasına aid olan klaviatura Yaponiyanın “Marubeni İnfotek” şirkətinin məhsuludur.

14. “Elastik klaviatura” - Bu işıqlı elastik klaviaturanı daşımaq çox asandır.

15. “Qızıl klaviatura” - “KYE” şirkətinin istehsal etdiyi klaviatura xalis qızıldan hazırlanıb.