Təchizat zəncirinin müxtəlif həlqələrini bir araya gətirəcək zirvə satınalma, logistika, istehsal, maliyyə, risklərin idarə edilməsi, texnologiya və ESG istiqamətlərində fəaliyyət göstərən rəhbər və mütəxəssislər üçün mühüm biznes platforması olacaq.


Bu ilki tədbirin əsas ideyası hər zəncirin dəyərin bir parçası olması mesajı üzərində qurulub. Konsepsiyaya əsasən, təchizat zənciri yalnız resursların bir nöqtədən digərinə hərəkəti deyil, məlumatın qərara, qərarın etimada, etimadın isə davamlı nəticəyə çevrildiyi əlaqələr sistemidir.


Zirvənin əsas məqsədi təchizat zəncirində mövcud boşluqları və çağırışları müəyyənləşdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaq və biznes üçün daha səmərəli, şəffaf və dayanıqlı təchizat zənciri modellərinin formalaşmasına töhfə verməkdir.


İki günlük xüsusi proqram


Tədbirin ilk günü – 20 noyabr tarixində “Future-Ready Procurement Masterclass Workshop” keçiriləcək. Tam praktiki formatda təşkil olunacaq masterklas çərçivəsində iştirakçılar real biznes keysləri və süni intellekt alətləri vasitəsilə müasir satınalma proseslərinin müxtəlif aspektlərini öyrənəcəklər. Masterklass proqramında “AI for Procurement”, “Risk-Based Sourcing” və “Storytelling for Influence” kimi mövzulara yer veriləcək. İştirakçılar bazar kəşfiyyatı, təchizatçıların təhlili, danışıqlara hazırlıq, risklərin qiymətləndirilməsi və ssenari planlamasında süni intellekt alətlərindən praktiki istifadə imkanlarını araşdıracaqlar.


21 noyabr tarixində isə tədbirin əsas hisəsi keçiriləcək. Proqram 3 fərqli mövu üzrə panellər, spiker çıxışları, ekspert müzakirələri və geniş networking imkanlarından ibarət olacaq.


Zirvənin əsas müzakirələri üç strateji mövzu ətrafında formalaşacaq:


  • Satınalmanın gələcəyi – məlumatın qərara və qərarın dəyərə çevrilməsi;
  • Təchizat zəncirinin dayanıqlılığı – etimad, risklər və davamlılıq;
  • Təchizat zəncirləri: Qlobal ticarətin hərəkətverici qüvvəsi – regional və qlobal imkanlar, əlaqələr və yeni əməkdaşlıq modelləri.


III Təchizat Zənciri Liderləri Zirvəsində C-suite rəhbərləri və CPO-lar, dövlət və tənzimləyici qurumların nümayəndələri, logistika və istehsal liderləri, maliyyə, risk, texnologiya və ESG rəhbərləri, eləcə də beynəlxalq tərəfdaşların iştirakı nəzərdə tutulur.


Tədbir haqqında ətraflı məlumat və iştirakla bağlı müraciətlər üçün:


www.sclforum.az
info@facemark.az
+994 55 612 20 09