"Wikipedia" onlayn-ensiklopediyasının iş fəaliyyətini dəstəkləyən "Wikimedia Foundation" fondu yeni "Wikivoyage" layihəsini istifadəyə verib. Saytda şəhərlər və ölkələr haqqında soraq məlumatı, danışıq kitabları, marşrutlar və digər materiallar təqdim edilib.

"Wikipedia"nın təsisçisi Cimmi Uels bildirib ki, "Wikivoyage" açıq ensiklopediyanın inkişaf etdirilməsi uğrunda atılmış mühüm addımdır. Layihənin əsasını "wiki" texnologiyası təşkil edir.

Bu isə o deməkdir ki, oxucular yeni material əlavə və ona düzəlişlər edə bilərlər. "Wikivoyage" layihəsinin rəsmi olaraq yanvarın 15-də istifadəyə verilməsi nəzərdə tutulub.