“Apple” şirkəti iPhone smartfonunun ucuz versiyasını istehsal etmək niyyətindədir. Aparatı adi iPhone-a oxşar hazırlamaq planlaşdırılsa da, onun korpusu daha ucuz materiallardan - plastik-polikarbonatdan ibarət olacaq.
Xatırladaq ki, iPhone 5-in korpusunun hazırlanmasında alüminiumdən istifadə olunmuşdur.
Adi iPhone ilə müqayisədə yeni smartfonun ekranı daha böyük olacaq. Çin və "inkişafda olan bazarlar" üçün nəzərdə tutulmuş yeni aparatın 2013-cü ilin ikinci yarısında satışa çıxarılacağı gözlənilir.