Facebook"a məxsus "Instagram" fotoxidməti aktiv istifadəçilərinin aylıq auditoriyası haqqında məlumatı açıqlayıb. Şirkətin məlumatına əsasən, resursa hər ay 90 milyon insan daxil olur.

 Onlar gün ərzində 40 milyondan çox foto yükləyir, "layk" düyməsinə saniyədə 8500 dəfə klikləyir və 1000 şərh yazırlar. "Instagram"ın həmtəsisçisi Kevin Sistrom "AllThingsD" nəşrinə bildirib ki, xidmətin auditoriyası artır.

2012-ci ilin dekabrından 2013-cü ilin yanvarına qədər olan müddətdə auditoriyanın artımı 10 faiz təşkil edib. Lakin şirkət bir gün ərzində "Instagram"a daxil olan istifadəçilərin sayını açıqlamayıb.