Texnologiyaların istifadəsində yaş anlayışı zaman keçdikcə əhəmiyyətini itirdiyi günləri yaşayırıq. Həmçinin zaman və məkan hissi anlayışıda rəqəmsal dünyamızda keçmişdəki kimi diqqətə çarpan dərəcədə özünü göstərmir. Mobilliyin artdığı 2012-ci ildən sonra 2013-cü illə əlaqədar rəqəmsal trendləri sizlər üçün hazirladıq:
1. Online markalar offline marka təcrübəsini yaratma səylərinə çalışacaq.
2. Online markalar müştərilərinin həyatını asanlaşdıran fiziki innovativ obyektlər təqdim edəcəklər.
3. İnternet məzmunları ilə əlaqədar açılan işlərin sayında çox ciddi bir artım olacaq.
4. 3D printer kimi texnoloji yeniliklər sağlamlıq sektorunu yeni bir nöqtəyə gətirəcək.
5. Kiber hücumların təsirini azaltmaq üçün milli müdafiə tədbirlər görüləcək.
6. Mobil texnologiyalar "augmented reality" kimi yeniliklərlə fərqli müştəri təcrübəsi təqdim edəcək.
7. Təhsil qaynaqları daha açıq və asan əldə edilən bir şəkildə təşkil ediləcək.
8. Televiziya üzərindən internetə daxilolma müraciəti və TV üzərindən e-ticarət artacaq.
9. Saytlara edilən haker hücumları ciddi şəkildə artacaq.
10. Mobil internet istehlak nisbəti normal istifadə nisbətinə yaxınlaşacaq.
11. Həyatımız daha çox elektron cihaz ilə inteqrə olmuş bir şəkildə davam edəcək.
12. Əlillər üçün verilən rəqəmsal xidmətlərdə artım müşahidə olunacaq.