1990-cı illərin ortalarından etibarən Nokia-nın hakimmiyyəti ilə inkişaf edən mobil telefon bazarı, 2007-ci ildə Apple-ın iPhone-u bazara çıxartmağı ilə hal-hazırdakı vəziyyətini aldı.


 


Oyunun qaydalarını böyük nisbətdə dəyişdirən Steve Jobs, ölümünə qədər Apple-ı istədiyi şəkildə irəliyə apararkən, Jobs-un ölümündən sonra Tim Cook-un müvəffəqiyyətsiz rəhbərliyi, ciddi idarəetmə və strateji səhvlərindən, bazar nisbətən Samsung cəbhəsinə doğru keçməyə başladı.


 



 


“Apple ruhunu satır” cümləsində də deyildiyi kimi Apple-ı Apple edən rəqabət deyil inqilabi məhsullardır. Bu ənənə Apple-ın quruluşundan bəri davam edir. Ancaq Cook firmanı inqilabi məhsullar strategiyasından çox rəqabətə doğru istiqamətləndirdi.


 


Hal-hazırda mobil telefon bazarının vəziyyəti bu yerdədirsə önümüzdəki illərdə mobil bazarda nə kimi dəyişikliklər ola bilər?


 



 


İnsanlar ümumi təkrarçılıqdan, adilikdən o qədər sıxılıb ki, artıq fərdiləşdirmək dövrü başlayıb. Kim istifadəçilərinə daha fərdiləşdirilə bilən məhsul təqdim edə bilsə önümüzdəki illərin hakiminə çevriləcək. 2000-ci illərin əvvəlində Nokia-ya bənzər bir profil yaradan Samsung təəssüf ki, bu mentalitetdən çox uzaqdadır. Çox az dəyişikliklə bir-biriylə az qala eyni dizaynda olan məhsulları, bazara çıxaran Samsung, bəlkə oyunu dəyişdirən biri çıxana qədər bazara hakim olacaq, amma oyunun qaydalarını özü dəyişdirə bilməsə onda qabaqcıllığını itirməyə məhkum olacaq.


 


Son vaxtlar mətbuatda tez-tez qarşılaşdığımız "Apple, ağıllı saat modelini hazırlayır", "Google  Glass eynəklərini bazara təqdim edir", "Google-un pilotsuz vasitəsi 400,000 kilometri qəzasız tamamladı" xəbələri yaxın gələcəyin necə və hansı firmaların hakimiyyətində olacağını proqnozlaşdırır.


 



 


Oyunun qaydalarını dəyişdirməyə istiqamətlənmiş planla hərəkət edən şirkətlər insanların yeni və bənzərsiz məhsul istəyini təmin edəcək. Dövrümüz artıq təchizat xüsusiyyətlərinin ön plana çıxdığı dövr deyil, dizayn, yenilik və bənzərsizlik dövrüdür. Hansı firma insanların yeni və bənzərsiz məhsul istəyini təmin edə bilsə, o da liderliyi ələ ala biləcək.