“Brikk” dizayner şirkəti “iPhone 5” “ağıllı” telefonları üçün məhdud sayda “Brikk Trim Titanium Case” dəbdəbəli çexolları istehsal edib.
Çexollar dörd variantda əlçatandır: onlardan üçü qızılla, biri isə platinlə işlənib. Qızıl versiyaların hər birinin çəkisi ən azı 75 qram, platində isə 100 qramdır.
Qızıl versiyaların (sarı, çəhrayı və ya atlaz) qiyməti 11 min 160 dollar, platinli çexol isə 14 min dollar təşkil edir.
Ən tələbkar müştərinin istəyinə əsasən, çexollardan istənilən birini brilyant və ya digər qiymətli daşlarla bəzəmək olar. “Brikk” şirkəti hər bir çexolun satışından əldə etdiyi pulun bir hissəsini xeyriyyəçilik üçün sərf edəcək.


