İlk öncə rəqəmləri ortaya çıxaraq.


  • · 2005 – cil ildə dünyada internet istifadəçilərinin sayı 1milyardı keçib. Bu istifadəçilərin 84,5% i internetdən hər gün və davamlı olaraq istifadə edirlər.
  • · 2005 – ci ildən Türk şirkətlərinin 88%i komputerdən istifadə edir və 80.43%-nin internetə çıxışı var.
  • · 2005 – ci ildən Türk şirkətlərinin 48,20%- nin web səifəsi var.
  • · 2004 – cü ilin məlumatlarına görə 8,66% evlərin internetə çıxışı var.
  • · Türkiyədə 7,3 milyon internet istifadəçisi var.
  • · Auksiyon saytı olan gittigidiyor.com da 2006-ci ildə 255.000 dən çox auksiyonun nəticəsi açıqlanıb və və hər gün 320.000 istifadəçi bu sayta daxil olmuşdur.
  • · 2006 – cı ilin ilk 3aydına ABŞ-dakı internet vasitəsilə reklam 38% artaraq 3.9 milyarda çatmışdır.
  • · Hər gün 75.000 yeni istifadəçi hesabı açılır.
  • · 2006 – cı ilin Aprel ayından etibarən gündəlik say 35,3 milyondur.
  • · 2006 – ci ilin marketinq və reklam xərcləri arasında ən böyük pay 79% lə interaktiv marketinqin payına düşür, daha sonra isə təcrübi marketinq gəlir.
  • · 2005 – ci ildə internet reklamçılarının gəliri 30% artaraq12,5 milyarda çatmışdır.
  • · 2006 – cı ildə 15,000 insan arasından götürülən sorğuya əsasən ən təsirli media “Ağızdan – ağıza olan marketinq”dir.
  • · 2007 – ci ildə dünyada 500 milyon mobil telefon istifadəçisi olub.
  • · 2003 – cü ildə Avropadakı operatorlar M-ticarətdən 23 milyard qazanmışdırlar.
  • · Türkiyədə TRT kanalı xaricində 24 beynəlxalq, 16 regional, 224 yerli TV kanalı, 36 beynəlxalq, 108 regional və 944 yerli radio kanalı fəaliyyət göstərməkdədir.
  • · 2005 – cil ildə Türkiyə də reklam sektoru 30% böyüyərək 1.7 milyarda çatmışdır. 2006 – cı ildə isə 2.0 milyard olmuşdur.
  • · Türkiyədə 2004 – cü ilin məlumatlarına görə TV reklamları “lazımından çox” olduğunu düşünənlərin sayı 77%dir.
  • · Avropada işçilərin 52% iş vaxtlarının 2 saatını e – poçtu yoxlamağa sərf edirlər
  • · 2004 – cü ildə Türkiyədə virtual POS ilə 7.617.446 müxtəlif əməliyyatlar aparılmışdır.
  • · 2004 – cü ildə Türkiyədə qeydiyyatdan keçmiş kretit kartlanın sayı 29.978.243 - ə çatmışdır.

Bunların hamısı bir araya gətirdiyimiz zaman ədədi inqilabın bizim xəbərimiz belə olmadan – düzü onsuzda bizim xəbərimizin olub-olmamasının böyük bir əhəmiyyəti yoxdur - həyata keçdiyini qəbul etmək lazımdır. Ortada belə bir sual çıxır, bəs bu ədədi inqilab nələri dəyişdirəcək?


Bu inqilabın minlərcə ictimai və iqtisadi fakta təsir edəcəyi və bir çoxunu da dəyişdirəcəyi bir gerçəkdir, amma bu inqilab ilə ən çox dəyişən insanlar olacaq, yəni bizlər.


Bizlərin dəyişməsi, istehlakçıların dəyişməsi deməkdir, istehlakçıların dəyişməsi, istehlakçılara təsir etmək üçün işləyən marketinqin dəyişməsi deməkdir.


Yeni marketinqdə daha fərqli nələr olacaq?


Marketinqdə istifadə olunan texnologiya artacaq. Onsuza da bu gün marketinq internet sayəsində çox təsirli silahlar qazanmışdır. Yalnız internetdən edilən təqdimat fəaliyyətləri (veb saytları) və ünsiyyət asanlıqları (e-poçt, messanger proqramları) ilə məhdud qalmayan bu silahlar, xüsusilə fərdi nəşrlərin (bloglar) dövrəyə girməsi ilə inanılmaz dərəcədə yüksəliş əldə etmişdir.


Martektinqdə texnologiyadan istifadə internetdə xüsusu ilə də telefon vasitəsi ilə olunan marketinqdə çox təsirli olacaqdır. Artıq istehlakçıya istiqamətli edilən kampaniyaların çoxunu, daha konkret edə bilmək üçün cib telefonları vasitəsi ilə ediləcək. Bundan başqa m-marketinq sayəsində ROI(investisiya dönüş nisbəti) daha çox seçilən bir məcra olacaq.


İnternet və mobil texnologiyaların xaricində də yeni texnologiya istifadəsi marketinqin əsas xüsusiyyəti olacaqdır. Artıq marketinq üzrə mütəxəssislərin yeni texnologiyara uyğunlaşa biləcək kəslər olması lazımdır.


Bazarlar kiçiləcək :


"Hər kəsə satmaq", artıq hər marketoloqun xəyalında olan, keçmişi xatırlayarkən istifadə etdiyi terminlərdən biri halına gəlmişdir. Artıq şirkətlər, sıx rəqabətdən özlərini uzaqlaşdıra bilmək üçün "mikro bazarlar" yaratmağa və bu bazarları qorumağa çalışırlar. Mikro bazarlara fokuslanmış şirkətlərin təcrübələri də artır, bu səbəbdən bu bazarı qorumaq, həm bu mütəxəssislərdən, həm də bazarın digər rəqiblərə cazibədar gəlməməsindən ötrü daha asan hala gəlir. Bazarların kiçilməsi ilə birlikdə, hədəf kütlə artıq fərdlər halına gələcəkdir.


Reklam marketinqinin fəlaiyyəti azalacaq:


Reklamlar 20 – ci əsrin möcüzə markalarının yaradılmasına səbəb olmuşdurlar. Amma artıq əvvəlki kimi çox işə yaramırlar. Çox tez-tez istifadə edildiklərindən, artıq hədəf kütlə reklamlara qarşı qeydsizdir; reklamları izləmir, oxumurlar. İstehlakçılar, bir firmanın reklam verə bilmək üçün nə qədər pul xərclədiyi ilə maraqlanmır, kanalı çevirir, səhifəni çevirir, mesajı silirlər. Istehlakçılara daha əvvəl reklamlarla verilən ismarıcların doğru çıxmaması və ismarıcların çox olması, istehlakçıların reklamlara olan inancını itirməsinə gətirib çıxardıb. Artıq istehlakçılar reklamın şişirdilmiş, tərifli və hətta aldadıcı olduğuna inanırlar.


İctimaiyyətlə Əlaqələrin fəaliyyəti artacaq:


Reklamların fəaliyyətinin azalması səbəbi ilə, marketinqin təqdimat funksiyasını yerinə yetirəcək yeni vasitələrə ehtiyacı var. Reklamların inandırıcılığını və etibarını itirməsi səbəbi ilə, marketoloqlar artıq icitmai əlaqələr sahəsinə ciddi fikir verməlidirlər. İctimaiyyətlə əlaqələr, reklamla müqayisədə çox daha ucuz amma çox daha çətin idarə edilə bilər. (Reklamları istədiyiniz vaxt, istədiyiniz məcrada planlayaraq təqdim edə bilərsiniz) Amma təsiri, reklamla müqayisədə çoxdur. Hər hansısa bir məhsulu almaq üçün lazım olan qərar müddətinə reklam yerinə ictimayyətlə əlaqələri istifadə etmək edilən promosyon eyni qaldığı müddətcə çox daha təsirlidir. Artıq firmalar yalnızca Hİ kampaniyalarını dizayn etmir, reallaşmaq üçün kütləvi dua ayinlərinə çıxırlar!


Fərqli olmaq daha çox əhəmiyyət daşıyacaq:


Marketinq təriflərini belə dəyişdirən möhtəşəm bir müddətin içinə daxil olmuşuq. Artıq mövzu mal və xidmətlərin bolluğudur. Qıtlığa çəkilən tək şey isə müştəridir. Bazarda, hər məhsul və xidmətin daha ucuzu, daha bahalısı, daha keyfiyyətlisi, daha keyfiyyətsizi mövcuddur. Rəqabət, ola biləcəyi ən üst səviyyəyə çatmış vəziyyətdədir və pis xəbər orasındadır ki, o artmaqda davam edir və daha da artacaqdır.


Bu rəqabət çərçivəsində, eyni məhsulu və ya xidməti bazara təqdim etmək görünməz hala gəlmək deməkdir. Gözə çarpmağın tək yolu isə rəqiblərindən fərqli ola bilməkdir. Marketinq, artıq tamamilə fərqlilik üzərinə fokuslanmaq məcburiyyətindədir. Məhsulunun və ya xidmətin, təqdim olunma formalarının, xüsusiyyətlərinin fərqli olmadığı hallarda təqdim edilməsi bunu təqdim edənin bazarda heç bir şansı olmamasına açıq aydın sübutdur. Marketinq, artıq yalnız fərqliləşməyə adaptasiya olacaqdır.


Marketinq yeni müştərilərin əvəzinə mövcud müştərilərinə yönələckdir:


Müəssisəyə yeni müştəri hesabları qatmaq marketinqin başından bəri üzərində mübahisə etdiyi, dəyər verdiyi məsələ olsa da, yeni müştəri tapmağın yüksək xərcləri və yeni müştərini əldə saxlamağın xərcləri artıq marketinq büdcəsinə uyğun gəlmir. Yeni müştər tapmaq üçün etdiyiniz təqdimat xərcləriniz sizə bir çox itikilər verə bilər. Merketoloqlar yeni bir qaynaq kəşf ediblər; mövcud müştərilər!


Mövcud müştəriləri itirməməyin xərci daha azdır. Həm də mövcud müştərilər kiçik qiymət artımına qarşı ümumiyyətlə reaksiyasızdır. Buna görə marketinqin mərkəz nöqtəsini mövcud müştərilərə çevirməyə davam edəcəkdir. Hər firma, "davamlı müştəri" yaradacaq mərkəzlər halına gələcəkdir. Hətta daha da irəli gedib, öz "fanatikmüştəri" yaradan mərkəzlər halına gəlməyə çalışacaqlar.


Bir də pis xəbər, müəssisələr nə qədər çalışsalar da, hər il mövcud müştərilərinin 10%-ni itirirlər ...