“Telegraph” qəzetinin verdiyi məlumata görə BlackBerry-dən istifadə edən azyaşlıların böyüklərə aid olan bəzi kontentlərdən istifadə etdikləri xəbəri çıxanda onun yaradıcısı “Research In Motion” (RIM) Böyük Britaniyanın rabitə tənzimləyicisi olan Ofcom tərəfindən görüşə çağırılıb. Onlar bu problemin BlackBerry smartfonları üçün unikal bir problem olduğunu başa düşürlər. Britaniyanın aparıcı mobil şəbəkələri də görüşdə olacaq. Ofcomun nümayəndəsi bildirib ki, bu problem ona bildiriləndən O, bu problemi mümkün qədər tez həll etməyə çalışıb. BlackBerry-nin xidmət servisinin verdiyi məlumata görə mobil şəbəkələr də BlackBerry üçün hər hansısa bir filter hazırlaya bilməyiblər. Buna görə də RIM Britaniyadakı şəbəkələr üçün öz filter xidmətini təklif edib, lakin yalnız T-Mobile bu təklifi qəbul edib.