ABI Research analitiklərinin proqnozuna əsasən, 2013-cü ildə mobil tətbiq yükləmələrinin ümumi sayının 58%-i Android mobil əməliyyat sisteminin, 38%-i isə Apple şirkətinin iOS platformasının payına düşəcək.
Analitik şirkət populyarlığın ölçü vahidi qismində mobil sistemlər üçün yüklənilən tətbiq və oyunların sayını əsas götürüb. ABI Research analitik şirkətinə görə, 2013-cü ilin sonunadək ağıllı telefonlar üçün tətbiq yükləmələrinin ümumi sayı 56 milyard olacaq.
ABI Research analitik şirkətinin bu il üçün proqnozuna görə, Google Android platformasının bazar payı 57%, iOS-da isə 21% təşkil edəcək. Lakin bu proqnoz digər bir analitik agentliyin göstəricilərindən bir qədər fərqlənir.
Belə ki, Strategy Analytics şirkətinə görə, iki nəhəngin bazar payı birlikdə 92% təşkil edəcək. Statistik şirkətlərin ümumi göstəricilərinin fərqli olmasına baxmayaraq, bir məsələ uyğun gəlir ki, Android platformasının bazar payı rəqibləri ilə müqayisədə daha çox olacaq.