"Google" 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xüsusi loqo hazırlamışdı. "Google"ın ana səhifəsində "doodle" adlandırılan loqoda dünyanın müxtəlif ölkələrinə mənsub fərqli saç stilləri və üz xəttinə sahib qadınlar əks edilib. Loqonun üzərinə vuranda isə həmin günün tarixi ilə bağlı ensiklopedik məlumatlar açılırdı.
